COVID-19 səbəbi ilə ölümlər ən çox Almaniyada qeydə alınıb
ABŞ-da Johns Hopkins Universiteti COVID-19 pandemiyasının son vəziyyəti ilə bağlı araşdırma aparıb.
AYNA xəbər verir ki, araşıdırmanın nəticəsinə görə, COVID-19 səbəbindən ölümlər Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox Almaniyada qeydə alınıb. Pandemiyada xəstələrin sayı və ölüm nisbəti aşağı olan nümunəvi bir ölkə olan Almaniya son günlər Avropanın "problemli uşağı" kimi diqqət çəkir.
Həmçinin Almaniyada ən çox ölümün qocalar evlərində olduğu bildirilib. 83 milyon əhalisi olan Almaniyada son bir həftədə 176 min 587 COVID-19-a yoluxma, 4 min 303 ölüm faktı qeydə alınıb.
67 milyon nəfərlik Fransada son bir həftədə 100 809 yeni yoluxma, 2 min 656 nəfərin öldüyü qeydə alınıb.
Pandemiyadan ən çox təsirlənən ölkələrdən biri də İtaliyadır. 60 milyon əhalisi ilə İtaliyada son bir həftədə 102 min 940 yeni yoluxma, 3 min 680 ölüm faktı qeydə alınıb.
Pandemiya başlayandan COVID-19-dan ən çox ölümün qeydə alındığı, 47 milyon əhalisi olan İspaniyada keçən həftə 69 min 530 yeni yoluxma və virusdan 47 min insanın öldüyü bildirilib.
Polşada son bir həftədə 38 milyon 68 min 144 nəfər COVID-19 virusuna yoluxub, 2 min 407 adam ölüb.
Həmçinin Almaniyadakı Robert Koch İnstitutu tərəfindən verilən açıqlamada son 24 saat ərzində 14 min 455 nəfərin COVID-19-a yoluxduğu və ümumi yoluxma sayının 1 milyon 627 min 103-ə yüksəldiyi bildirilib. Son 24 saat ərzində COVID-19 virusu səbəbiylə 240 nəfərin öldüyü və ümumi ölüm sayının 29 min 422-yə yüksəldiyi deyilib. Pandemiyanın başlanğıcından bəri 1 milyon 223 min 700 nəfərin virusu məğlub edərək sağaldığı qeyd edilib. Ölkədəki aktiv COVID-19 xəstələrinin sayı 373 min 981 nəfər olduğu açıqlanıb.