Avropa İttifaqı ilk dəfə İrana sanksiyalar tətbiq edib

Dünya

08.06.2026 - 21:08

“Aİ üzv dövlətləri Hörmüz boğazından keçidin qarşısını almaqda iştirak edən İran fərdlərinə və təşkilatlarına qarşı sanksiyaları təsdiqləyiblər"

Avropa İttifaqı (Aİ) Hörmüz boğazının bağlanmasında iştirak edən İran fərdlərinə və təşkilatlarına qarşı ilk dəfə sanksiyalar tətbiq edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas Kiprdə Aİ müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O çıxışında qeyd edib ki, nazirlər İranın Hörmüz boğazının bağlanmasında etdiyi hərəkətləri qəbuledilməz hesab edirlər.

Kallas bildirib: "Bu gün Brüsseldə Aİ üzv dövlətləri Hörmüz boğazından keçidin qarşısını almaqda iştirak edən İran fərdlərinə və təşkilatlarına qarşı sanksiyaları təsdiqləyiblər".

İran və İsrailin zərbələrini şərh edən Kallas tərəfləri danışıqlara çağırıb: “Əks halda, bölgədə tammiqyaslı müharibənin yenidən başlaması böyük nəticələrə səbəb olacaq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş