“AstraZeneca”nın faydaları əks təsirindən çoxdur”

Dünya

24.04.2021 - 02:28

Həkimlər Klinikalar SEO Xidməti

Avropa səhiyyə komissarı "AstraZeneca" peyvəndini effektiv preparat adlandırıb

 

“AstraZeneca” koronavirus peyvəndinin faydaları nadir görülən yan təsirlərin yaratdığı risklərdən çoxdur və effektiv preparatdır.

 

AYNA xəbər verir ki, bunu Avropa səhiyyə komissarı Stella Kiriakides Avropa Tibb Agentliyinin bu peyvənd üzrə dəyərləndirməsi üzrə açıqlamasında deyib.

 

“Aydındır ki, COVID-19-un qarşısının alınmasında AstraZeneca peyvəndinin ümumi faydaları çox nadir və qeyri-adi əks təsirlərin risklərini üstələyir. AstraZeneca peyvəndi vaksinasiya portfelimizin vacib hissəsidir. Avropa Birliyində və bütün dünyada ciddi yoluxmadan və ölümdən qoruyan təsirli bir peyvənddir”, - deyə Kiriakides bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş