AQTA işçilərinin maaşları artırıldı

Xəbərlər

26.03.2020 - 09:34

Həkimlər Klinikalar SEO Xidməti

İşçilərin əməkhaqqlarına aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən olunub

 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu işçilərinin əməkhaqlarına müddətli əlavənin məbləği müəyyən edilib.

 

AYNA xəbər verir ki, bu, Nazirlər Kabinetinin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən olunması barədə qərarında öz əksini tapıb.

 

Qərara əsasən, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə əməkhaqqlarına aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində müddətli əlavə müəyyən olunub.

 

Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən iyunun 1-dək olan müddət üçün ödənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş