Nöqsanların aradan qaldırılması ilə bağlı sahibkarlara müvafiq göstərişlər verilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən heyvan kəsimi məntəqələrində aparılan son monitorinqlər zamanı müəyyən edilmiş sanitar-gigiyenik və sanitar-texniki nöqsanların aradan qaldırılması ilə bağlı sahibkarlara müvafiq göstərişlər verilib. AYNA.AZ xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
Qeyd olunub ki, qısa müddət ərzində məntəqələrdə zəruri sağlamlaşdırma işləri aparılıb, aşkarlanmış nöqsanlar aradan qaldırılıb və obyektlərin normativ tələblərə uyğunlaşdırılması təmin edilib.
Sağlamlaşdırma işləri aparılan məntəqələr aşağıdakılardır:
- Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 56;
- Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi 63, 2403-cü məhəllə;
- Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağ ərazisi.