Offenburq şəhərində genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilir
Almaniyanın Baden-Vürttemberq əyalətinin Offenburq şəhərində silahlı insident baş verib. AYNA.AZ-ın xarici mediaya istinadən məlumatına görə, çoxmənzilli binalardan ibarət yaşayış sahəsində baş verən insident nəticəsində bir nəfər hadisə yerində ölüb.
Ağır xəsarət almış bir qadın isə xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı şəhərdə genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilir.
Polis hadisə yerində odlu silah aşkarlayaraq maddi sübut kimi götürüb.