Aİ xarici işlər nazirləri Rusiyaya təzyiqi artırmaq yollarını müzakirə edəcəklər

Dünya

02.09.2026 - 12:26

“Ukrayna böhranının həlli üçün gərginləşən şəraitdə səylərin necə əlaqələndiriləcəyini müzakirə etmək lazımdır”

İrlandiyada keçiriləcək Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə (Gymnich) iştirakçılar Rusiyaya təzyiqi necə artırmağı müzakirə edəcəklər. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas deyib.

"Daha nə edə biləcəyimizi müzakirə edəcəyik. Artıq Rusiyanın müdafiə sənayesindən 1600 məhsuldan ibarət siyahımız var. Bəlkə də daha çox əlavə olunacaq. Amma bu gün qərar verəcəyimiz bir şey deyil. Çünki bu, qeyri-rəsmi görüşdür. Amma biz bunu müzakirə edəcəyik", - deyə Kallas nazirlər görüşündən əvvəl bildirib.

O qeyd edib ki, siyahı əvvəlcə daha kiçik olub, lakin üzv dövlətlər sanksiyalar üçün yeni hədəflər əlavə ediblər.

Kallas əlavə edib ki, “Ukrayna böhranının həlli üçün gərginləşən şəraitdə səylərin necə əlaqələndiriləcəyini müzakirə etmək lazımdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş