Hadisənin təfərrüatları hələ ki məlum deyil
Ağstafada yerli sakini qatar vurub. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Poylu ərazisində qeydə alınıb.
Belə ki, qatarın vurduğu kişi zərbənin gücündən yol kənarındakı dərəyə düşüb. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Hadisənin təfərrüatları hələ ki məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.