Ağdamda çətənə kolları aşkarlanıb

Xəbərlər

03.06.2021 - 12:39

İşğaldan azad edilən kəndlərdə narkotik tərkibli bitkilər yandırılıb

 

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, rayonun işğaldan azad edilmiş Xaçındərbənd kəndi ərazisində çəkisi 1 ton 200 kiloqram olan 1500 ədəd, Əliağalı kəndində isə çəkisi 20 kiloqram olan 50 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.

Müəllif: Ayna.az