Xocavənd sakini “VAZ-21114” markalı avtomobillə vurulub
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən xəbər verilib.
Qeyd olunub ki, Ağcabədi rayonunun Qayıdış qəsəbəsi ərazisində yolun kənarında dayanmış Xocavənd rayon sakini Ömər Rüstəmov şəhər sakini Y.Məmmədzadənin idarə etdiyi “VAZ-21114” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.