Afrikada koronavirusa yoluxanların sayı 8 milyona yaxınlaşır

Dünya

01.09.2021 - 21:24

Həkimlər Klinikalar SEO Xidməti

Afrikada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Afrikada koronavirusa yoluxanların sayı 7 770 109 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının regional ofisinin çərşənbə günü yaydığı məlumata görə, qitədə COVID-19 səbəbindən 196 190 nəfər ölüb, 6,9 milyondan çox insan sağalıb.

 

Afrikada yoluxma və ölüm hallarının çoxu Cənubi Afrika Respublikasının payına düşür - müvafiq olaraq 2 777 659 və 82 261.

 

Tunisdə 23 451 nəfər xəstəlikdən dünyasını dəyişib, 664 034 yoluxma hadisəsi qeydə alınıb. Misirdə bu rəqəmlər ardıcıl olaraq 16 736 və 288 441-dir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş