ABŞ və İran anlaşma memorandumunun həyata keçirilməsini müzakirə edəcəklər

Dünya

01.07.2026 - 20:13

Texniki danışıqlar Qətərin paytaxtı Dohada aparılacaq

ABŞ və İran rəsmiləri bu gün Qətərin paytaxtı Dohada texniki danışıqlar aparacaqlar. AYNA.AZ xəbər verir ki, bu barədə danışıqlarla tanış olan bir diplomat AFP-yə bildirib.

Qeyd edib ki, danışıqlar birbaşa formatda aparılmayacaq.

Diplomat bildirib ki, "ABŞ və İran rəsmiləri, Qətər və Pakistan nümayəndələrinin vasitəçiliyi ilə anlaşma memorandumunun həyata keçirilməsindəki irəliləyişi müzakirə etmək üçün Dohada dolayı texniki danışıqlar aparacaqlar".

O əlavə edib ki, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşner bu danışıqlarda iştirak etməyəcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş