ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib

Dünya

22.11.2024 - 08:18

Həkimlər Klinikalar SEO Xidməti

Siyahıya onlarla fiziki və hüquqi şəxsi əlavə edilib

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirərək, siyahıya onlarla fiziki və hüquqi şəxsi əlavə edib. AYNA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

“Qazprombank”, “BKS-Bank”, “Centrokredit Bank”, “Iturup Bank”, “Bratskogo Narodnogo Bank”, “Kremlinevsky Bank”, “DOM.RF Bank” və “Müstəqil İxtisaslaşdırılmış Depozitar” ASC-yə qarşı sanksiyalar tətbiq edilib.

Həmçinin Rusiya Bankının milli ödəniş sistemi departamentinin rəhbəri Alla Bakina, Mərkəzi Bankın sədrinin birinci müavini Vladimir Çistyuxin, Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini Dmitri Tulin də sanksiya siyahısına daxil edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş