“nLIGHT Defense” və “Lockheed Martin Aculight” şirkətləri ilə müqavilə imzalanıb
ABŞ Müdafiə Nazirliyi qanadlı raketlər və pilotsuz uçuş aparatlarına (PUA) qarşı istifadə olunacaq yüksək güclü lazer silahı sisteminin hazırlanması üçün “nLIGHT Defense” və “Lockheed Martin Aculight” şirkətləri ilə müqavilə imzalayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Pentaqonun məlumatına görə, Birgə Lazer Silah Sistemləri (JLWS) proqramı çərçivəsində ABŞ Ordusu və Hərbi Dəniz Qüvvələri üçün gücü 300–500 kilovat olan lazer silahlarının hazırlanması nəzərdə tutulur. Müqavilələrin ilkin dəyəri 86 milyon, maksimal dəyəri isə 847 milyon ABŞ dollarıdır.
Yeni sistemin ABŞ-ın “Qızıl Günbəz” strateji raketdən müdafiə proqramının taktiki komponentlərindən biri olması planlaşdırılır.
ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, sınaqlar zamanı lazer silahlarının pilotsuz uçuş aparatlarını və qanadlı raketləri effektiv şəkildə zərərsizləşdirdiyi nümayiş etdirilib.