“Əgər biz razılıq əldə etsəydik, İsrail onları bombalamazdı”
“ABŞ Tehranla İranın nüvə silahı yaratmaqdan imtinası ilə bağlı saziş imzalamaq istəyərdi. Mən İranı cəhənnəmə çevirən bombalanmaqdansa, saziş bağlamağı üstün tuturam. Onlar ölmək istəmirlər. Heç kim ölmək istəmir". AYNA xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “The New York Post”a müsahibəsində deyib.
“Əgər biz razılıq əldə etsəydik, İsrail onları bombalamazdı”, - deyə dedi Ağ Ev rəhbəri açıq şəkildə bildirib.
Tramp İranla hər hansı potensial danışıqların təfərrüatlarını açıqlamayıb: “Mən onlara nə demək istədiyimi deyə bilərəm. Ümid edirəm ki, indi etmək barədə düşündüklərini etməyəcəklərinə qərar verəcəklər. Və düşünürəm ki, onlar həqiqətən xoşbəxt olacaqlar".
Bunun müqabilində İrana nə təklif edəcəyi ilə bağlı Tramp deyib: “Bunu deyə bilmərəm, çünki bu, çox iyrəncdir. Mən onları bombalamayacağam”.