ABŞ İranda toy məclisinə zərbə endirib

Dünya

02.09.2026 - 11:19

Beş nəfər ölüb: yaralananların sayı 68-ə çatıb

ABŞ-ın İranın Sirik şəhərindəki toy məkanına endirdiyi zərbə nəticəsində ən azı 68 nəfər yaralanıb, beş nəfər ölüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi Qırmızı Aypara nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, yaralananlar arasında çoxlu uşaq var. Yaralılar Sirik və Minabdakı xəstəxanalara aparılıb.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı İrandakı hədəflərə bir sıra zərbələr endirildiyini açıqlayıb. Partlayışlar ölkənin cənub hissəsində, o cümlədən Qeşm adasında və bir neçə şəhərdə baş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş