“ABŞ-ın zərbələri BMT Nizamnaməsini və İslamabad Memorandumunu pozur”

Dünya

10.07.2026 - 09:11

Abbas Əraqçi: “ABŞ rəsmilərinin açıqlamaları onların təcavüzkar siyasətini göstərir”

“ABŞ-ın İran ərazisinə hücumları BMT Nizamnaməsini və İslamabad Anlaşma Memorandumunu pozur”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan Ordu Qərargah rəisi Qəmər Cavad Bacva ilə telefon danışığında deyib.

Məlumata görə, Əraqçi və Cavad Bacva Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər.

İran xarici işlər nazirinin sözlərinə görə, “ABŞ rəsmilərinin açıqlamaları onların təcavüzkar siyasətini göstərir”.

Əraqçi "İran xalqının və İslam Respublikasının cəsur silahlı qüvvələrinin suverenliyini qorumaq üçün qətiyyətini" bir daha təsdiqləyib.

Qeyd edək ki, artıq üç gündür ki, ABŞ Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlara cavab olaraq İrandakı hədəflərə zərbələr endirir. Tehran Amerika hərbi bazalarını atəşə tutur. ABŞ Prezidenti atəşkəsin dayandırıldığını elan edib və danışıqlar olmadan münaqişəyə son qoymağın daha asan olacağını bildirib. İran tərəfi isə yenidən Hörmüz boğazını bağlamaqla hədələyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş