ABŞ Əfqanıstandan 88 min nəfəri təxliyə edib

Dünya

25.08.2021 - 22:57

Həkimlər Klinikalar SEO Xidməti

Hank Taylor:  "Sona qədər təxliyəni davam etdirəcəyik."

 

ABŞ avqustun 14-dən bu günə qədər Əfqanıstandan ümumilikdə 88 min insanı təxliyə edib.

 

AYNA "Report"a istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü general-mayor Hank Taylor bildirib.

 

"Sona qədər təxliyəni davam etdirəcəyik. Hərbi və hərbi resursların çıxarılmasına üstünlük verəcəyik", - Teylor qeyd edib.

 

Pentaqon sözçüsü vurğulayıb ki, ABŞ mümkün qədər uzun müddət ərzində Kabil hava limanında maksimum hərbi varlığını saxlamağa ümid edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş