İtki olmayıb və sərnişinlər başqa təyyarə ilə Edmontona aparılıb
ABŞ-da “United Airlines”a məxsus təyyarə Denverdə məcburi eniş edib. AYNA.AZ xəbər verir ki, bu barədə “ABC News” kanalı məlumat yayıb.
Bildirilib ki, “Boeing 737-800” Denverdən Edmontona uçurmuş. Təyyarədə 153 sərnişin və 6 ekipaj üzvü olub. Havaya qalxdıqdan az sonra təyyarənin mühərriklərindən birində yanğın başlayıb.
Təyyarə Denver Beynəlxalq Hava Limanında məcburi eniş edib. İtki olmayıb və sərnişinlər başqa təyyarə ilə Edmontona aparılıb.
ABŞ Federal Aviasiya Administrasiyası araşdırmaya başlayıb. Nəticədə məlum olub ki, “United Airlines” təyyarəsinin turbininə dovşan girib və yanğın başlayıb.