ABŞ İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı həbs orderinin ləğvini istəyir
ABŞ yaxın gələcəkdə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı yeni sanksiyalar elan etməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Ev administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Vaşinqton əsasən Əfqanıstandakı Amerika qoşunlarının hərəkətləri ilə bağlı araşdırmaları dayandırmaq üçün sanksiyalardan istifadə etməyə ümid edir.
Həmçinin qeyd olunub ki, ABŞ İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı həbs orderinin ləğvini istəyir.