Karter müalicə və müayinəsini xəstəxanada həkim nəzarəti altında keçirəcək
ABŞ-ın keçmiş prezidenti Cimmi Karter beyin əməliyyatı olub.
AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, 95 yaşlı siyasətçinin əməliyyatı uğurlu keçib. Karter müalicə və müayinəsini xəstəxanada həkim nəzarəti altında keçirəcək.
Qeyd edək ki, eks-prezident kəllədaxili təzyiqin düşməsi problemi ilə Corciya ştatında xəstəxanaya yerləşdirilib.