Zelenski ilə Vens arasında görüş təxirə salınıb

Dünya

14.02.2025 - 14:39

Həkimlər Klinikalar SEO Xidməti

Bu, mineral ehtiyatlar üzrə tərəfdaşlıq haqqında memorandum layihəsinə yenidən baxılması ilə bağlıdır

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ-ın vitse-prezidenti J.D.Vens arasında Münhen görüşü təxirə salınıb. AYNA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Qeyd olunub ki, görüşün təxirə salınması mineral ehtiyatlar üzrə tərəfdaşlıq haqqında memorandum layihəsinə yenidən baxılması ilə bağlıdır. Görüş Almaniya vaxtı ilə bu gün saat 17:00-a təyin edilib.

“Strana.ua” nəşri qeyd edib ki, iclasın təxirə salınması qərarı, görünür, son anda verilib. Çünki jurnalistlər artıq görüş keçiriləcək məkana buraxılıblar.

Bundan əvvəl məlum olub ki, Vens Münhen Təhlükəsizlik Konfransında Almaniya kansleri Olaf Şoltsla görüşməkdən imtina edib. Vensin komandasının sözlərinə görə, görüş planlaşdırılıb, lakin alman tərəfi ilə münaqişələr səbəbindən baş tutmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş