Zelenski canlı efirdə peyvənd olunacaq

Dünya

08.02.2021 - 16:31

“İstənilən yerdə peyvənd oluna bilərəm”

 

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin koronavirusa qarşı “AstraZeneca” kompaniyasının 1 milyon doza vaksinini alacağını açıqlayıb. AYNA xəbər verir ki, ölkə başçısı hərbçilərlə birlikdə peyvənd olunacağını və bunu canlı efirdə edəcəyini deyib.

 

Zelenski deyib ki, ölkəyə 1 milyon doz vaksin gətirildikdən sonra Ali Baş Komandan kimi, hərbçilərlə birlikdə peyvənd olunacaq: “İstənilən yerdə peyvənd oluna bilərəm, canlı efirdə də”.

 

Müəllif: Ayna.az