Zelenski ABŞ-a yeni sülh təklifləri təqdim edib

Dünya

13.08.2026 - 14:39

Zelenski ABŞ-ı Ukrayna ilə bağlı diplomatik prosesdə iştirakını artırmağa çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ı Ukrayna ilə bağlı diplomatik prosesdə iştirakını artırmağa çağırıb. AYNA.AZ xəbər verir ki, Zelenski bu barədə CNN-ə verdiyi müsahibədə deyib.

"Amerikanın sülh planında daha çox iştirakına ehtiyacımız var. Prezident Donald Trampın komandasına bunu davam etdirmək istəklərinə görə minnətdaram", - deyə o vurğulayıb.

Zelenski qeyd edib ki, Kiyev ABŞ-a yeni sülh təklifləri təqdim edib. Lakin o, Ukrayna Silahlı Qüvvələrinin qalan Donbassdan çıxarılması ehtimalını rədd edib və təhlükəsizlik zəmanətlərinin Ukrayna üçün əsas məsələ olduğunu vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş