Sürücülər xəstəxanalıq oldu
Yevlaxda yol nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, Aran qəsəbəsi yaxınlığında “VAZ-2106” və “VAZ-2107” markalı iki avtomobil toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.