Yerlə göyü yaxınlaşdıracaq hadisə gözlənilir - <font color=red> AZ QALDI</font>

Maraqlı

22.06.2019 - 12:05

Hər şey yolunda gedərsə, kosmik gəminin 2021-ci ilin fevralında “Qırmızı planet”ə enəcək

 

ABŞ Kosmik Tədqiqatlar Agentliyi NASA-nın Kaliforniyadakı "Reaktiv hərəkət laboratoriyası"nda (Jet Propulsion Laboratory - JPL) "Mars-2020" adlı Mars aparatının montaj işləri davam edir. Hər şey yolunda gedərsə, kosmik gəminin 2021-ci ilin fevralında “Qırmızı planet”ə enməsi gözlənilir.

 

AYNA xəbər verir ki, bu barədə tanınmış jurnalist İbrahim Nəbioğlu öz “Facebook” hesabında paylaşım edib. Onun yazdığına görə, JPL Kaliforniya Texnologiyalar İnstitutu nəzdində 1938-də qurulub: “Onun adını geniş oxucu kütləsi tez-tez eşitməsə də, JPL aerokosmonavtika üçün misilsiz xidmətlər edib və öz sahəsində ən mötəbər quruluşlardan biridir. 5000 nəfərin çalışdığı JPL-in hazırladığı və kosmosa göndərdiyi “Cassini-Huygens” Mars Kəşfiyyat Peyki (Mars Reconnaissance Orbiter), “Spitzer” kimi tədqiqat və kəşfiyyat aparatları kainatın sirlərinin öyrənilməsində əvəzsiz işlər görür”.

 

“Yeni Mars aparatının “Qırmızı planet”in öyrənilməsində, Mask və onun “SpaceX” şirkətinin önümüzdəki 10-20 il ərzində Marsa səyahət planlarının həyata keçirilməsində müstəsna bilgilər toplayacağı kosmonavtika çevrələrində böyük səbrsizliklə gözlənilir” – deyə Nəbioğlu vurğulayıb.

Müəllif: Ayna.az