Yerə doğru təhlükəli asteroid hərəkət edir

Maraqlı

09.11.2021 - 08:43

Asteroidin dekabrın 11-də Yerə yaxınlaşacağı gözlənilir

“4660 Nereus” asteroidi Yerə doğru hərəkət edir. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, NASA obyekti potensial təhlükəli kimi təsnif edib.

Məlumata görə, göy cisminin uzunluğu 330 metrdir, bu, Fransanın paytaxtı Parisdəki Eyfel qülləsinin hündürlüyündən 30 metr çoxdur.

Asteroidin dekabrın 11-də Yerə yaxınlaşacağı və planetimizdən təxminən 3,9 milyon kilometr məsafədə uçacağı gözlənilir.

Göy cismi növbəti dəfə 2112-ci ildə Yerə yaxın olacaq. Həmin vaxt onunla planetimiz arasındakı minimum məsafənin 2,6 milyon kilometr olacağı ehtimal edilir.

Müəllif: Ayna.az