Yeni Zelandiya Kanadanın təklifinə rədd cavabı verib

Dünya

05.10.2026 - 15:55

Yeni Zelandiya NATO üzv ölkələrinin hərbiləşdirilməsini maliyyələşdirməkdə iştirak etməyəcək

Yeni Zelandiya NATO üzv ölkələrinin hərbiləşdirilməsini maliyyələşdirmək üçün Kanadanın rəhbərlik etdiyi Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankına (DSRB) qoşulmaq təklifini rədd edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Mövcud dəlillər göstərir ki, müdafiə sənayesi xüsusi müdafiə maliyyələşdirmə mexanizminin yaradılmasından daha çox bazar imkanlarını yaxşılaşdıran tədbirlərdən faydalanacaq", - deyə XİN-in məlumatında vurğulanıb.

XİN-in məlumatına görə, Yeni Zelandiyanın DSRB-yə qoşulması üçün ilkin töhfəsi təxminən 56 milyon dollardır və sonrakı xərclər potensial olaraq daha da artacaq.

Yeni Zelandiyanın qərarı avqustun sonlarında Kanadaya çatdırılıb.

Xatırladaq ki, Yeni Zelandiya NATO üzvü deyil.

Əvvəllər Albaniya, Belçika, Yunanıstan, Kanada, Latviya, Lüksemburq, Rumıniya, Türkiyə və Ukraynanın DSRB-nin yaradılmasında iştirak etmək istəklərini açıqladığı bildirilib. Maliyyə konsorsiumunun baş ofisi Monrealda yerləşəcək və hərbi layihələrin maliyyələşdirilməsi üçün 134 milyard dollara qədər vəsait cəlb etməyi hədəfləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş