Yeni asteroid 2032-ci ildə Yerlə toqquşa bilər

Maraqlı

29.01.2025 - 12:54

Həkimlər Klinikalar SEO Xidməti

Göy cisminin diametri təxminən 70 metrdir

Keçən ilin dekabrında astronomlar tərəfindən kəşf edilən 2024 YR4 asteroidi 2032-ci ildə Yerlə toqquşa bilər. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti”yə Ka-Dar rəsədxanasının və “Astroverty” astrofarmının elmi direktoru, astronom Stanislav Korotkiy bildirib.

2024 YR4 asteroidi dekabrın 27-də Çilidə ATLAS rəsədxanasında kəşf edilib. Göy cisminin diametri ilkin məlumatlara görə, təxminən 70 metrdir ki, bu da Çelyabinsk meteoritindən üç-dörd dəfə böyükdür.

Korotkiy qeyd edib ki, asteroid 33 gündür müşahidə olunur. Onun sözlərinə görə, asteroidin 2032-ci il dekabrın 22-də Yerlə toqquşması ehtimalı var.

“Yerlə toqquşma ehtimalı müxtəlif strukturlar tərəfindən 0,5-6% arasında qiymətləndirilir. Mümkün ssenaridən birinin toqquşma olmasıdır”, - deyə bildirib.

Alim əlavə edib ki, qeyri-müəyyənlik asteroidin müşahidə müddətinin qısa olması və proqnozun verildiyi uzun müddətdir.

Korotkiy vurğulayıb ki, 6% toqquşma ehtimalı, 2029-cu ilin aprelində Yerdən cəmi 30.000 km aralı uçması gözlənilən böyük asteroid olan Apofisin 2004-cü ildə kəşfindən sonra toqquşma ehtimalının ən yüksək faizidir. Astronom qeyd edib ki, bu ssenari reallaşarsa, böyük ehtimalla səma cisminin Mərkəzi Afrika və ya Atlantik okeanı bölgəsinə düşəcək. Əgər qitəyə asteroid düşərsə, 30 km radiusda olan evlər dağıla bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş