Vuhanda bir aydan sonra ilk dəfə virusa yoluxma qeydə alınıb

Dünya

11.05.2020 - 11:57

Xəstənin həyat yoldaşının da test nəticəsi müsbət çıxıb

 

Koronavirusun meydana gəldiyi Çinin Vuhan şəhərində bir ay sonra ilk dəfə virusa yoluxma qeydə alınıb. AYNA xarici mediaya istinadən bildirir ki, həmin xəstənin vəziyyəti kritikdir.

 

Məlumatda qeyd olunub ki, virusa yoluxan xəstənin həyat yoldaşının da test nəticəsi müsbət çıxıb. Amma onlarda COVID–19-un simptomları aşkarlanmayıb.

 

Qeyd edək ki, Vuhanda 76 günlük küçəyə çıxma qadağası aprelin 8-də aradan qaldırılıb. Ümumilikdə şəhərdə rəsmi məlumatlara görə, 50 min 334 yoluxma faktı qeydə alınıb.

Müəllif: Ayna.az