Vens: "Vatikan rəhbərinin miqrasiya ilə bağlı bəzi açıqlamalarını narahatedicidir”

Dünya

01.07.2026 - 15:32

“Dialoqu təşviq edirəm, amma onlara xatırladıram ki, kütləvi miqrasiyanın mənfi nəticələri var"

“Papa Leo XIV-ün miqrasiya ilə bağlı, xüsusən də Amerika qitəsi barədə mövqeyi narahatedicidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri “Fox News”a verdiyi müsahibədə ABŞ-ın vitse-prezidenti Cey.Di.Vens deyib.

"Vatikan rəhbərinin miqrasiya ilə bağlı bəzi açıqlamalarını narahatedici hesab edirəm. Nəticədə, onlarla razı deyiləm", - vens vurğulayıb.

Özü də katolik olan Vens əlavə edib ki, kilsə liderləri ilə ünsiyyətində onları Amerika immiqrasiya siyasətinin etibarlılığına inandırmağa çalışır.

ABŞ vitse-prezidenti qeyd edib: "Mən onlara deyirəm ki, biz bu məsələdə düşmən deyilik. Dialoqu təşviq edirəm, amma onlara xatırladıram ki, kütləvi miqrasiyanın mənfi nəticələri var".

Qeyd edək ki, Papa Leo XIV əvvəllər ABŞ Prezidenti Donald Trampın başlatdığı immiqrasiya əleyhinə kampaniyanı dəfələrlə tənqid edib. Papa həmçinin Vaşinqtonu miqrantlara münasibətini yenidən nəzərdən keçirməyə çağırıb və miqrantlara qarşı kampaniyanın həyata keçirilməsində həddindən artıq qəddarlığa diqqət çəkib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş