Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib

Dünya

03.08.2026 - 16:44

Ukrayna Prezidenti Volodimir Zelenski Rustem Umerovu Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bununla bağlı dövlət başçısı müvafiq fərman imzalayıb.

Digər fərmanla Zelenski Rustem Umerovu öz ərizəsinə əsasən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib.

Bildirilir ki, yeni vəzifə Umerova raketdən müdafiə üzrə beynəlxalq koalisiyanın fəaliyyəti, pilotsuz uçuş aparatları ilə bağlı əməkdaşlıq və digər beynəlxalq təhlükəsizlik layihələrinin koordinasiyası ilə daha yaxından məşğul olmağa imkan verəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş