Uitkoff Norveçə gələcək, Kuşner isə videokonfrans vasitəsilə danışıqlara qoşulacaq
Norveç hakimiyyəti ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Osloda Ukrayna Prezidenti Volodimir Zelenski, Norveç Baş naziri Yonas Qar Stör və Finlandiya Prezidenti Aleksandr Stubb arasında danışıqlarda iştirak edəcəklərini açıqlayıb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hökumətin veb saytında dərc olunmuş açıqlamada deyilir: "ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukraynadakı vəziyyətlə bağlı Osloda keçiriləcək görüşlərdə iştirak edəcəklər. Onlar bu gün Osloda keçiriləcək görüşlərə qoşulacaqlar".
Orada qeyd olunub ki, Uitkoff Norveçə gələcək, Kuşner isə videokonfrans vasitəsilə danışıqlara qoşulacaq.
Norveç hakimiyyəti bildirir ki, Ukrayna görüşlərdə Uitkoff və Kuşnerin iştirakını istəyib.