Ucarda qəza: 12 yaşlı qız xəsarət alıb

Hadisə

19.04.2026 - 23:26

Hadisə rayonun Oğuz küçəsində baş verib

Ucarda yol qəzası olub, xəsarət alan var. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Oğuz küçəsində baş verib.

Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili, piyada, rayonun Qarabörk kənd sakini, 2014-cü il təvəllüdlü Sevda Rövşən qızı Kərimlini vurub. Zərərçəkən rayon xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş