"Üç qardaş - 2021" başladı

Xəbərlər

12.09.2021 - 11:26

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başlayıb

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş