Türkiyənin Müdafiə Nazirliyindən Naxçıvandakı təlimlərlə bağlı açıqlama

Siyasət

07.09.2020 - 18:48

Nazirlik: “Qəhrəman əsgərlərimizin hədəfləri tam dəqiqliklə məhv etdiyi taktiki təlimlərin xüsusi müşahidəçi günü Naxçıvanda gerçəkləşdirilib”

 

Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçirilən birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir.

 

AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

 

“Qəhrəman əsgərlərimizin hədəfləri tam dəqiqliklə məhv etdiyi taktiki təlimlərin xüsusi müşahidəçi günü Naxçıvanda gerçəkləşdirilib”, - nazirlikdən bildirilib.

 

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, sentyabrın 5-də Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayıb.

undefined

Müəllif: Ayna.az