İŞİD üzvü olmaqda şübhəli bilinən 298 şəxs həbs edib
Türkiyə xüsusi xidmət orqanları İŞİD terror qruplaşmasının fəaliyyətində iştirakda şübhəli bilinən şəxsləri saxlayıb. AYNA.AZ Türkiyə mediasına istinadən bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
"Təhlükəsizlik idarəsi və jandarma bölmələrinin 47 əyalətdə iki həftə ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində İŞİD üzvü olmaqda şübhəli bilinən 298 nəfər saxlanılıb", - deyə nazir qeyd edib.
Əməliyyatlar Adana, Ankara, Antalya, İzmir, Mersin, İstanbul və digər şəhərlərdə aparılıb.