Ölkədə 2 mindən çox xəstənin vəziyyəti ağırdır
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
AYNA Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 233 nəfər koronavirusun qurbanı olub.
218 min 683 COVID-19 testi aparılıb ki, bunun da 11 min 553-si müsbət çıxıb. Ağır xəstə sayı 2 min 162-dir.
9 min 271 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 980 min 516-ya çatıb.
