Ölkədə ağır xəstə sayı 1227 nəfər təşkil edir
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.
AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün 68 nəfər pandemiyanın qurbanı olub.
Gün ərzində 135 min 291 koronavirus testi aparılıb, bunlardan 11 min 837-si müsbət çıxıb.
Qeyd edək ki, bu, yanvarın 11-də qeydə alınan 10 min 220 yoluxmadan sonra ən yüksək göstəricidir.
Ağır xəstə sayı 1227- dir. Sutka ərzində 7 min 892 nəfər koronavirusdan sağalıb, bununla sağalanların ümumi sayı 2 milyon 586 min 73-ə çatıb.
