Türkiyə Rusiya ilə S-400 barədə danışıqları davam etdirir

Dünya

27.09.2026 - 17:56

“Danışıqlar başa çatdıqda, əlbəttə ki, ictimaiyyəti məlumatlandıracağıq”

Türkiyənin xarici işlər naziri Hakan Fidan 26 sentyabrda ölkənin Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin yenidən ixracı ilə bağlı Moskva ilə danışıqları davam etdirdiyini açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

"Artıq dediyim kimi, əziz dostlar, S-400 məsələsi ilə bağlı danışıqlarımız davam edir. Danışıqlar başa çatdıqda, əlbəttə ki, ictimaiyyəti məlumatlandıracağıq", - deyə o, türkiyəli jurnalist Bahar Feyzanın “X” sosial media platformasında paylaşdığı videoda bildirib.

Danışıqların bu ilin sonuna qədər başa çatıb-çatmayacağı soruşulduqda, nazir dəqiq bir müddət açıqlamayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş