Trampın tərəfdarları Konqresin binasına giriblər - <font color=red> VİDEO</font>

Dünya

07.01.2021 - 00:16

Etirazçıların Kapitoliya binasına daxil olaraq Senat zalını mühasirəyə aldığını bildirilir

 

ABŞ Prezidenti Donald Trampın on minlərlə tərəfdarı Vaşinqtonda seçkilərin Co Baydenin qələbəsi ilə başa çatmış nəticələrinə etiraz olaraq aksiyaya başlayıblar.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, minlərlə insan Ağ Evdən cənuba doğru hərəkət etməyə başlayıb. Trampın çıxış edəcəyi gözlənilir.

 

ABŞ-da Kapitoliya binasının qarşısında etirazçılarla polis arasında toqquşma baş verib. Belə ki, polis onlara qarşı gözyaşardıcı qazdan istifadə etməli olub. Yaralananlar var. 

 

Konqresmen Ceyms Lenkford "Twitter" hesabında etirazçıların Kapitoliya binasına daxil olaraq Senat zalını mühasirəyə aldığını bildirib. 

 

Qeyd edək ki, Donald Tramp prezident seçkilərinin nəticələrini tanımadığını və nəticələrə yenidən baxılmasını tələb edir.

Müəllif: Ayna.az