Trampdan Putinlə telefon söhbəti barədə açıqlama

Dünya

20.05.2025 - 11:14

Həkimlər Klinikalar SEO Xidməti

“Söhbət məhsuldar oldu və bizə müəyyən irəliləyiş əldə etməyə imkan verdi”

ABŞ Prezidenti Donald Tramp Con Kennedi adına İfa Sənəti Mərkəzinin Qəyyumlar Şurası üçün şam yeməyində çıxış edərkən Rusiya Prezidenti Vladimir Putinlə son telefon söhbətindən danışıb. AYNA.AZ bu barədə “RİA Novosti”yə istinadən bildirir.

Tramp qeyd edib ki, o “centlmen” kimi xarakterizə etdiyi Rusiya dövlətinin başçısı ilə qısa, lakin mənalı söhbət edib.

Amerika lideri əlavə edib ki, “söhbət məhsuldar oldu və bizə müəyyən irəliləyiş əldə etməyə” imkan verib. Ümumilikdə, Amerika liderinin sözlərinə görə, Putinlə dialoq konstruktiv olub.

Qeyd edək ki, dünən iki ölkə lideri arasında iki saatdan çox davam edən telefon danışığı olub. Liderlərin hər biri danışıqları müsbət qiymətləndirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş