Cənubi Koreya və ABŞ prezidentləri Şimali Koreya ilə dialoq imkanlarını müzakirə ediblər
Şimali Koreya və ABŞ prezidentləri Li Ce Myonq və Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Şimali Koreya ilə dialoq imkanlarını müzakirə ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Tərəflər atom elektrik stansiyası ilə sualtı qayığın tikintisi layihəsini, uranın zənginləşdirilməsi və işlənmiş yanacaqdan istifadə hüquqları, müharibə dövründə Şimali Koreya Silahlı Qüvvələrinə komandanlıq hüququnun Vaşinqtondan Seula ötürülməsi, eləcə də gəmiqayırma sahəsində əməkdaşlığı müzakirə ediblər.
Koreya Respublikasının milli təhlükəsizlik müşaviri Vi Son Lak qeyd edib ki, Tramp və Myonq Pxenyanla dialoq istəyini təsdiqləyiblər. ABŞ və Koreya Respublikası Şimali Koreya ilə danışıqları bərpa etmək və Koreya yarımadasında davamlı sülhün bərqərar olması üçün təmasda qalmağa razılaşıblar.
Adını açıqlamayan administrasiya rəsmisi Trampın vaxtaşırı gəmiqayırma sahəsində əməkdaşlığa maraq göstərdiyini bildirib.
Myonq artan hərbi xərclər və nüvə sualtı qayığı da daxil olmaqla, Cənubi Koreyanın müstəqil hərbi potensialının artırılmasından danışıb.