Tramp: “Kamala Harris Brüs Sprinqstinə nə qədər pul ödədi?”

Dünya

19.05.2025 - 13:45

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Prezidenti Harrisin seçki kampaniyası zamanı məşhurlara verdiyi ödənişlərin araşdırılmasını tələb edir

ABŞ Prezidenti Donald Tramp keçmiş vitse-prezident və Demokratlar Partiyasından prezidentliyə namizəd olmuş Kamala Harrisi seçki kampaniyası zamanı məşhurlara “qanunsuz ödənişlər” etməkdə günahlandırır. Tramp hesab edir ki, bununla bağlı istintaq başladılmalıdır.

AYNA.AZ xəbər verir ki, bu barəıdə ABŞ lideri “Truth” sosial şəbəkə hesabında yazıb.

"Harris 2024-cü ildə prezident seçkiləri kampaniyası zamanı Brüs Sprinqstinə nə qədər pul ödədi? Və əgər o Kamalanın bu qədər fanatıdırsa, niyə pulları qəbul etdi? Bəs Beyons? Bəs Opra və Bonoya nə qədər pul getdi? Mən bu məsələ ilə bağlı ciddi araşdırma aparmağa çağıracağam. Bu, qanunsuzdur", Ağ Evin rəhbəri qəzəblənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş