Tramp: "Çinlə ticarət sazişi üzrə danışıqlar yaxşı gedir"

Dünya

23.11.2019 - 17:59

Həkimlər Klinikalar SEO Xidməti

Tramp hər iki tərəfin bu razılaşmanın imzalanmasına cəhd etdiyini bildirib

 

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çinlə ticarət sazişi üzrə danışıqlar yaxşı gedir. AYNA "Report"a istinadən xəbər verir ki, ABŞ dövlət başçısı qeyd edib ki, o, bu sazişin imzalanmasına cəhd edir.

 

"(Danışıqlar) Çinlə (ticarət sazişi üzrə görə) yaxşı gedir", - Tramp jurnalistlərlə söhbətində deyib. O, əlavə edib ki, hər iki tərəf bu razılaşmanın imzalanmasına cəhd edir.

 

Daha əvvəl Amerika KİV-i bildirib ki, Birləşmiş Ştatlar Çin mallarına idxal rüsumlarının dekabrın 15-də qüvvəyə minməli olan artımını təxirə sala bilər. Çin nümayəndə heyətinin ABŞ-la ticarət danışıqları üzrə başçısı Lyu Xe öz növbəsində ticarət razılaşmasının birinci mərhələsinin imzalanması ilə bağlı "ehtiyatlı optimizm" ifadə edib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş