“Bu, ölkəmizi sosializmə doğru itələyəcək"
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydeni infrastrukturun modernləşdirilməsi barədəki qanun layihəsinə görə tənqid edib. AYNA TASS-a istinadən bildirir ki, Tramp hesab edir ki, bu qanun ABŞ-ı sosializmə aparır.
““Demokratik” plan hər hansı bir səviyyədə təsdiqlənərsə, bu, ölkəmizi sosializmə doğru itələyəcək", - Tramp yaydığı bəyanatda bildirib.
Qeyd edək ki, bu il martın 31-də Bayden hazırda müzakirə olunan İnfrastrukturun Modernləşdirilməsi Planını təklif edib. Avqustun 10-da sənəd ABŞ Konqresinin Senatı tərəfindən təsdiqlənib və bundan sonra Nümayəndələr Palatasına təqdim edilib.
3.5 trilyon dollar dəyəri olan islahat paketi Prezidentin təmsil etdiyi Demokrat Partiyasının üzvləri də daxil olmaqla, hökumətdə parçalanmalara səbəb olub.