Toyuq və yumurta istehsalının dəyəri 10 faiz bahalaşıb

İqtisadiyyat

30.03.2020 - 13:38

Qiymət artımına ölkəyə gətirilən yem maddələri və dərman preparatlarının qiymətinin artması səbəb olub

 

Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan və bir sıra digər ölkələrdə quş əti və yumurta istehsalının dəyəri ilin əvvəlindən 10% artıb. Bunu AYNA-ya sözügedən ölkələrin quşçuluq komplekslərinə xidmət göstərən ekspert Boris Belenski deyib.

 

Onun fikrincə, qiymət artımına ölkəyə gətirilən yem maddələri və dərman preparatlarının qiymətinin artması səbəb olur: “Bu baxımdan yerli broylerlərin, ət istehsalı komplekslərinin istehsalının rentabelliyi azalır. Tərkibində olan maddələrin və dərmanların artan qiymətlərinə mütənasib olaraq gəlirlilik azalır. Bu fonda ətin qiymətinin artması ehtimalı var. İnsanlar ərzaq ehtiyatı yığırlar, bu da tələbin ciddi artmasına səbəb olur. Bir çox istehsalçı quş ətinin qiymətini qaldırır və bu səbəbdən də qiymət artımı baş verir”.

 

Bu gün Azərbaycanda broyler toyuqları yetişdirən böyük sənaye quşçuluq kompleksləri ki, onlar öz qida zavodlarında yem istehsal edir. Komplekslərə yem maddələri xaricdən idxal olunur. Buğda, qarğıdalı Rusiya və Ukraynadan Azərbaycana gətirilir. Soya qidası Braziliya və Ukraynadan idxal edilir. Heyvan yeminin əsasını təşkil edən vitamin-mineral premikslər də idxal olunur.

 

Hazırda bütün idxal olunan baytarlıq preparatları və ev quşları üçün peyvəndlərin də qiymətləri artır. Baytarlıq dərman və peyvəndlərinin əsas tədarükçüləri böyük beynəlxalq şirkətlərdir. Məsələn, “Phibro” (ABŞ), CEVA (Fransa), “İntervet” (Hollandiya), “Biovac” (İsrail) və bir çox digər dərman şirkətləri.

 

Belenski bu gün dünyada taxılın qiymətinin qalxdığını qeyd edib: “Paris və Çikaqoda bir həftə ərzində buğda 6,5-7% bahalaşdı. Rusiyada bənzər bir vəziyyət oldu: dörd gün ərzində alış qiyməti bir ton üçün 13,3 min rubla qədər yüksəldi. Mart ayının ikinci ongünlüyünün əvvəlindən bəri, əsas taxıl bitkilərinin qiymətləri Ukraynada sürətlə artmaqdadır. Bunu əlavə etmək lazımdır ki, heyvan yemi broyler əti istehsalının maya dəyərinin ən böyük hissəsidir. Yem ətin maya dəyərinin 60-65%-ni təşkil edir”.

Müəllif: Tanya Samsonova