Sizin də cibinizdə “əl gəzir”?

İqtisadiyyat

03.03.2020 - 13:11

Həkimlər Klinikalar SEO Xidməti

Ya da belə: Bahalı idxal və aşağı inflyasiya paradoksu

 

Rəsmi məlumata görə, ötən il Azərbaycanda inflyasiya göstəricisi 2,6% təşkil edib. Bu, qiymət artımıdır və vətəndaşlar öz ciblərində qiymət artımının dinamikasını hiss edirlər.

 

Son bir ildə qiymətlərin necə artdığını dəqiq söyləmək çətindir. Ölkədə qiymət reallıqlarını hesablamaq üçün alternativ mənbələr mövcud deyil. Lakin iqtisadçılar hələ də informasiya boşluğundan çıxış yolu tapırlar.

 

AYNA-ya danışan iqtisadçı-ekspert Nemət Ağayevin fikrincə, Mərkəzi Bank və Dövlət Statistika Komitəsi tərəfindən verilən inflyasiya göstəriciləri əsaslandırılmır: “Ötən ilin inflyasiyası rəsmi bildirilən rəqəmlərdən dəfələrlə çoxdur. Əmtəə bazarında qiymətlərin artımı 15%-i keçib, istehlak bazarında qiymətlər, təxminən 12% artıb. Bunları Dövlət Gömrük Komitəsi və Dövlət Statistika Komitəsinin idxalla bağlı məlumatlarına əsaslanaraq hesablamaq olur”.

 

“Rəsmi gömrük hesabatlarına görə, keçən il ölkəmizə 13,7 milyard dollar dəyərində mal idxal edilib. Müqayisə üçün, bir il əvvəl buna xərclənən məbləğ 11,5 milyard dollar təşkil edib. Yuxarıdakı rəqəmləri müqayisə edərkən məlum olur ki, faktiki bazar qiymətləri ilə hesablanan idxalın həcmi ötən il 2,

Müəllif: Tanya Samsonova