Timoşenko: “Ukraynalılar hazırkı hökuməti seçərək faciəvi səhv etdilər”

Dünya

03.08.2020 - 09:26

cedabet dərman SEO Xidməti

“Vətəndaşların 70 faizi ölkənin yanlış istiqamətdə getdiyinə əmindir”

 

“Ukraynalılar hazırkı hökuməti seçərək faciəvi səhv etdilər”. AYNA xəbər verir ki, bu barədə sabiq Baş Nazir, Baktivşina Partiyasının lideri Yuliya Timoşenko “Ukrayna 112” kanalının efirində deyib.

 

Onun sözlərinə görə, vətəndaşlar bu ilin oktyabrında keçiriləcək regional seçkilərdə seçki məntəqələrinə gələrək səs verərlərsə, bu səhvi düzəldə bilərlər.

 

“Ukrayna əhalisinin demək olar ki, 70 faizi ölkənin yanlış istiqamətdə getdiyinə əmindir. Bu səhvi oktyabrda düzəltmək mümkündür”, - deyə Timoşenko vurğulayıb.

 

Qeyd edək ki, iyulun 15-də Ukrayna Ali Radası bələdiyyə seçkilərinin 2020-ci ildə keçirilməsi ilə bağlı qərar qəbul edib. Sənəddə deyilir ki, Ukraynada yerli seçkilər oktyabrın 25-də keçiriləcək. Amma seçkilər Kiyevin nəzarətində olmayan Donetsk və Luqansk bölgələrinin ərazilərində keçirilməyəcəklər. Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, orada seçkilər keçirmək yalnız Kiyevin sərhədi nəzarət altına aldıqdan sonra mümkündür. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş