“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanılıb

Xəbərlər

21.09.2026 - 14:33

Sosial şəbəkədə dələduzluq edən şəxs tutulub

Sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, sosial şəbəkələrdə xırdabuynuzlu heyvan satışı ilə bağlı saxta elanlar yerləşdirərək vətəndaşları aldadan şəxslə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə bir sıra şikayətlər daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 32 yaşlı Orxan Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs “TikTok” sosial şəbəkəsində quzu satışı ilə bağlı elanlar yerləşdirib. O.Həsənov elanla bağlı müraciət edən ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə beh aldıqdan sonra onlarla əlaqəni kəsib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş